Zamanla sərtləşən və kələ-kötür hala gələn dəsmallar üçün praktik həll yolu tapılıb.
Milli.Az xəbər verir ki, dəsmalların zamanla sərtləşməsinin ən geniş yayılmış səbəbi yuyucu toz və yumşaldıcı (kondisioner) qalıqlarının parça liflərində toplanmasıdır. Sərt su və normadan artıq qurutma da bu problemi daha da dərinləşdirir. Bir çox insan həll yolu kimi ağ sirkə və ya sodadan istifadə etsə də, son vaxtlar fərqli bir üsul diqqət çəkməyə başlayıb.
Sosial şəbəkələrdəki təmizlik qruplarından birində təcrübəsini paylaşan istifadəçi sıx istifadə olunan dəsmalları yumşaltmaq üçün limon turşusundan (limon duzu) istifadə etdiyini və nəticədən çox razı qaldığını bildirib.
Qeyd olunur ki, yaxalama mərhələsində az miqdarda limon turşusu əlavə etmək dəsmal liflərində yığılan mineral qalıqlarının həll olunmasına kömək edir. Beləliklə, parçanın sərtləşməsinə səbəb olan təbəqə yox olur və dəsmallar daha yumşaq bir toxuma qazanır.
Mütəxəssislərin fikrincə, bir çox insan parça yumşaldıcılarının dəsmalları daha da yumşaltdığını düşünsə də, uzun müddətdə bu məhsullar liflərin üzərində qalıq buraxaraq tam əks təsir göstərir.
Limon turşusu isə ərp və mineral çöküntülərini həll edərək dəsmalların təbii toxumasını qorumağa kömək edir. Bundan əlavə, bəzi istifadəçilər sirkə ilə müqayisədə limon turşusunun həm paltaryuyan maşınlar, həm də parçalar üzərində daha zərif təsir göstərdiyini qeyd edirlər.
Bu üsul təkcə yumşaqlıq təmin etmir. Xüsusilə açıq havada qurudulan dəsmallarda rənglərin daha parlaq görünməsinə və parçanın daha təravətli hiss olunmasına da kömək edir.
Təbii təmizlik vasitəsi olan limon turşusu təkcə paltarlarda deyil, ev təmizliyində də tez-tez üstünlük təşkil edən bir məhsuldur. Ərp təmizləmə xüsusiyyəti sayəsində aşağıdakı sahələrdə effektiv nəticə verir:
Su qızdırıcılarında (çaydanlarda),
Qabyuyan maşınlarda,
Paltaryuyan maşınlarda,
Duş başlıqlarında,
Güzgü, lavabo və tualetlərdə yaranan ərp itkilərinin təmizlənməsində.
Lalə Qüdrətova
Milli.Az