ABŞ hakimiyyəti İran milli futbol komandasının oyunçularının dünya çempionatı matçları xaricində ölkəyə daxil olmasını qadağan edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tehran bu hərəkətləri siyasi motivli adlandırıb və Vaşinqtonu milli komandaya qarşı ayrı-seçkilik etməkdə ittiham edib. İran səfirliyi də Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasından (FİFA) məsələyə müdaxilə etməyi xahiş edib.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Milli.Az