Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin, Suraxanı rayonunun "MİDA" yaşayış kompleksinin, Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
----------
Sabah Goranboy və Masallı rayonunlarının bəzi kəndlərində qaz olmayacaq.
Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Milli.Az