Nadirin Moskvada başına İŞ GƏLDİ: "Ağladım" - VİDEO

9 İyun 2026 17:06

Müğənni Nadir Qafarzadə Moskvada səfərdə olarkən gözlənilməz problemlə üzləşib.

Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı video vasitəsilə bildirib ki, hava limanında uçuş gecikməsi səbəbindən çətin vəziyyət yaranıb. Bu səbəbdən Bakıda iştirak etməli olduğu toya vaxtında çatmaqda çətinlik çəkəcəyini deyən müğənni böyük narahatlıq yaşadığını və hətta kövrəldiyini də qeyd edib.

Nadir Qafarzadə hava limanında təsadüfən qarşılaşdığı azərbaycanlıların ona kömək etdiyini vurğulayaraq, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Sənətçinin paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər ona dəstək mesajları yazıblar.

Musa
Milli.Az