Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03

Tozsoran evdə təmizliyi qorumağa kömək etsə də, ona düzgün qulluq edilmədikdə sağlamlıq üçün risk yarada bilər.

Milli.Az xəbər verir ki, rusiyalı infeksionist həkim Mariyat Muxinanın sözlərinə görə, vaxtında təmizlənməyən və həddindən artıq dolmuş toz torbalarında bakteriyalar, göbələklər, kif sporları, toz gənələri və digər zərərli mikroorqanizmlər toplanır.

Mütəxəssis bildirib ki, bu patogenlər tənəffüs yollarında müxtəlif problemlərə, allergik reaksiyalara və bronx-ağciyər xəstəliklərinə səbəb ola bilər. Tozsoran işləyərkən həmin mikroorqanizmlər yenidən havaya qarışaraq insanların nəfəs aldığı mühitə yayıla bilər.

Həkim xüsusilə tozsoranın təmizlənməsi zamanı diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, dolu torbanın açılması zamanı toz və zərərli hissəciklər otağa yayılaraq əlavə risk yaradır.

Mütəxəssis qeyd edib ki, bu təhlükə xüsusilə uşaqlar, yaşlılar, allergiyadan əziyyət çəkənlər və tənəffüs sistemi xəstəlikləri olan şəxslər üçün daha ciddi nəticələrə səbəb ola bilər.

Milli.Az