Kamil Zeynallının qızı ilə VİDEOsu KÖVRƏLTDİ

9 İyun 2026 16:35

Tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, 15 yaşlı qızı Sahilə ilə birlikdə çəkilmiş səmimi görüntülərini izləyiciləri ilə bölüşərək ona ünvanladığı duyğusal sözlərlə maraq yaradıb.

Kamil paylaşımında qızına olan sevgisini ifadə edərək, həyatında etdiyi hər şeyin onun xoşbəxtliyi üçün olduğunu vurğulayıb. Ata-qızın isti münasibətini əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Paylaşım minlərlə baxış və bəyənmə toplayarkən, izləyicilər şərhlərdə Kamil Zeynallının övladına olan bağlılığını yüksək qiymətləndiriblər.

Duyğusal anların yer aldığı paylaşım sosial media istifadəçiləri arasında maraq və müzakirə mövzusuna çevrilib.

Musa
Milli.Az