"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ

9 İyun 2026 16:25

Belçikalı hücumçu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, 31 yaşlı sabiq futbolçu qərarını sosial şəbəkə hesabında etdiyi paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb. O, futbol həyatında qarşısına qoyduğu məqsədlərə çatdığını, uşaqlıq arzularını reallaşdırdığını və ən böyük arenalarda çıxış etmək şansı qazandığını bildirib.

Oriqi ona dəstək olan azarkeşlərə, çıxış etdiyi klublara, məşqçilərə, komanda yoldaşlarına və ailəsinə təşəkkür edərək, futbol karyerasının onun həyatında xüsusi yer tutduğunu vurğulayıb. Keçmiş hücumçu artıq həyatının yeni mərhələsinə qədəm qoyduğunu da qeyd edib.

Karyerası ərzində Liverpool "Milan", "Lill" və "Volfsburq" kimi komandaların formasını geyinən futbolçu ümumilikdə 371 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 70 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Oriqinin ən uğurlu dönəmi isə 2014-2022-ci illərdə "Liverpul"da keçirdiyi illər hesab olunur. Hücumçu həmin müddətdə İngiltərə təmsilçisi ilə bir sıra nüfuzlu titullar qazanaraq klub tarixində yaddaqalan futbolçulardan birinə çevrilib.

Hüseyn
Milli.Az