2026-cı il dünya çempionatının ilk oyununda ədaləti qoruyacaq hakimlər briqadasının adları açıqlanıb.
Milli.Az xəbər verir ki, A qrupunda keçiriləcək Meksika və CAR qarşılaşmasını braziliyalı referi Wilton Sampaio idarə edəcək.
Ona yan xətt hakimləri kimi Ona Bruno Pires və Bruno Boşilya yardım göstərəcəklər. VAR sisteminə isə kolumbiyalı Nikolas Qallo nəzarət edəcək.
Açılış görüşü iyunun 11-də Mexiko şəhərində baş tutacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulub.
Qeyd edək ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq. Turnir üçün ümumilikdə 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyinat alıb.
Hüseyn
Milli.Az