ABŞ İrana üzən neft tankerini vurdu

9 İyun 2026 16:14

ABŞ ordusu Oman Körfəzi yaxınlığında İrana doğru hərəkət edən "M/T Marivex" neft tankerinə hava zərbəsi endirib.

Milli.Az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkə hesabında məlumat yayıb. Məlumatda qeyd edilib ki, gəmi blokada tələblərinə əməl etmədiyi üçün "USS Abraham Lincoln" aviadaşıyıcısından qalxan qırıcı təyyarə tərəfindən hədəfə alınıb.

Qeyd olunub ki, blokadanın tətbiqindən indiyədək 7 gəmi sıradan çıxarılıb, 134 gəmi istiqamətini dəyişib. 

Asya
Milli.Az