Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:04

Bəzi meyvə və içkilərin damar sağlamlığına daha əhəmiyyətli təsir göstərə bilir.

Milli.Az xəbər verir ki, tədqiqatçılar tək bir qidaya diqqət yetirmək əvəzinə, balanslı və müxtəlif pəhrizin hələ də ən etibarlı yanaşma olduğunu vurğulayırlar.

Yeni tədqiqatlar göstərir ki, sadəcə "gündə beş porsiya meyvə və tərəvəz" qaydasına riayət etmək ürək sağlamlığını dəstəkləmək üçün kifayət etməyə bilər.

ABŞ və Böyük Britaniyadan təxminən 30 min insan üzərində aparılan araşdırmaya görə , bəzi insanlar kifayət qədər meyvə və tərəvəz istehlak etsələr belə, ürək sağlamlığı üçün vacib hesab edilən flavanol çatışmazlığına məruz qala bilərlər. Tədqiqatçılar qeyd edirlər ki, bu birləşmələr damar sağlamlığına, qan dövranına və iltihaba xüsusilə müsbət təsir göstərə bilər.

Məsələn, qaragilə, böyürtkən, gavalı, albalı, qabığı ilə alma, lobya və yaşıl çay kimi qidalar flavanolların ən zəngin mənbələri arasındadır.

Məlumatlara görə, gündəlik təxminən 500 mq flavanol qəbulu ürək sağlamlığı ilə əlaqəli səviyyələr arasında hesab olunur. Bununla belə, tədqiqatçılar həmçinin vurğulayırlar ki, bu birləşmələrin infarkt və ya insultların birbaşa qarşısını aldığına dair qəti dəlil yoxdur.

Milli.Az