"Aygün Kazımova ilə öpüşmüşəm, sənin öpüşünü NƏ EDİRƏM?” - VİDEO

9 İyun 2026 14:09

Müğənni Azad Şabanov sosial şəbəkədə paylaşdığı maraqlı video ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, kadrlarda sənətçi Xalq artisti Aygün Kazımova ilə salamlaşarkən öpüşərək görüşdükdən sonra zarafatlı anlar yaşayıb.

Daha sonra dostlarından biri onunla eyni şəkildə salamlaşmaq istədikdə Azad Şabanov yumor dolu reaksiyası ilə gülüşə səbəb olub. Müğənni "Az öncə Aygün xanımla öpüşmüşəm, sənin öpüşünü nə edirəm?" sözləri ilə zarafat edib.

Sözügedən görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılaraq istifadəçilər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az