"Fənərbağça"nın ulduzunu qonşuları POLİSƏ VERDİ - FOTO

9 İyun 2026 11:55

"Fənərbağça"nın sabiq futbolçusu Con  Duran bu dəfə idman performansı ilə deyil, yaşadığı ərazədə yaratdığı narahatlıqla gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu evində təşkil etdiyi səs-küylü məclislər səbəbindən qonşularının etirazı ilə üzləşib.

Bildirilir ki, futbolçunun Kolumbiyanın Antioquia bölgəsində yerləşən bağ evində keçirilən əyləncələr gecə saatlarınadək davam edir. Yüksək səslə səsləndirilən musiqi və davamlı məclislər ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Kolumbiya mediasının yaydığı xəbərlərə əsasən, qonşular məsələ ilə bağlı həm yaşayış kompleksinin rəhbərliyinə, həm də hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Sakinlər xüsusilə gecə saatlarında səs-küyün artdığını, bunun isə onların rahatlığına və istirahətinə mane olduğunu bildiriblər.

Hadisə ilə bağlı futbolçu tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, məsələ yerli mətbuatda geniş müzakirə olunmağa davam edir.

Hüseyn
Milli.Az