Polisdən hərəkətdə olan maşının üstünə uzanan qadınla bağlı AÇIQLAMA - Yenilənib - VİDEO

9 İyun 2026 13:51

Paytaxtın Nəsimi rayonunda qadın avtomobil yolunda qeyri-adekvat hərəkətlər edib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həmin qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

XXX

Bakıda qeyri-adi hal yaşanıb.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Azadlıq prospektində baş verib.

Ayaqyalın gəzən qadın hərəkət edən  "Changan" markalı avtomobilin qarşısını kəsib və üzərinə çıxaraq uzanıb.

Nəticədə sözügedən yolda hərəkət dayanıb.

Qadının hansı səbəbdən bunu etdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

Fidan
Milli.Az