Xəbər verdiyimiz kimi, Azərbaycan Dəmir Yolları mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.
ADY-dən Milli.Az-ın sorğusuna cavab olarab bildirilib ki, 26 may - 7 iyun tarixləri arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarla 4 minə yaxın sərnişin səfər edib.
"Marşrutun yenidən istifadəyə verilməsi sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.Qatarlar hər səfərdə dolur. Tələbat çoxdur", - deyə qurumdan məlumat verilib.
Ayxan
Milli.Az