Antalyada zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) son məlumatına görə, Antalyada 4 bal gücündə zəlzələ baş verib. 8,28 km dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə çaxnaşmaya səbəb olub.
Məlumata görə, zəlzələ 8,28 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Antalya ilə yanaşı ətraf əyalət və rayonlarda da hiss olunub. Vətəndaşlar zəlzələ səbəbindən qısamüddətli panikaya düşüb və bəzi insanlar ehtiyat tədbiri olaraq evlərindən və iş yerlərindən çölə çıxıblar.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində heç bir tələfat və ya maddi ziyan olmayıb.
Milli.Az