Binəqədi Rayon Məhkəməsi Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçib.
Milli.Az xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb.
Vəkil bildirib ki, iki il əvvəl Əfqan Sadıqov barəsində Baş Prokurorluqda qaldırılmış cinayət işi yenidən icraata qaytarılıb.
Xatırladaq ki, Baş Prokurorluq 2024-cü ilin mayında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə Əfqan Sadıqova qarşı cinayət işi açıb.
Milli.Az