İranlı futbolçular niyə “168” nişanı taxıb? - Səssiz mesaj... - FOTO

9 İyun 2026 10:25

2026-cı il Dünya Çempionatına hazırlaşan İran milli komandası təlim-məşq toplanışı üçün Meksikaya yollanıb.

Milli.Az xəbər verir ki, mətbuatın diqqətini futbolçuların yaxalarında daşıdıqları "168" rəqəmli nişanlar cəlb edib. Məlumata görə, bu rəqəm ABŞ-nin İranda qız məktəbinə endirdiyi zərbə nəticəsində həyatını itirən 168 məktəbli qızın xatirəsinə ithaf olunub.

Futbolçuların bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Qeyd edək ki, ABŞ və İsrail İranın Hörmüzqan əyalətində yerləşən ibtidai qızlar məktəbinə zərbə endirmişdi. Hadisə nəticəsində 168 şagird həlak olmuşdu.

Fidan
Milli.Az