ABŞ helikopteri Hörmüz boğazı yaxınlığında QƏZAYA UĞRADI

9 İyun 2026 10:19

ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Hadisə zamanı helikopterdə olan iki ekipaj üzvü sağ şəkildə xilas edilib.

Məlumata görə, qəzanın səbəbi hələ müəyyən edilməyib. ABŞ rəsmiləri helikopterin İran tərəfindən vurulması, texniki nasazlıq və ya digər amillərin hadisəyə səbəb olub-olmadığını araşdırırlar.

Qəza İsrail-İran qarşıdurmasının yaratdığı regional gərginliyin nisbətən azalmasından sonra baş verib. Son aylarda ABŞ ordusu Hörmüz boğazında hərbi fəaliyyətini genişləndirərək "Apache" helikopterləri, "MQ-9 Reaper" pilotsuz uçuş aparatları, F/A-18 və F-35 qırıcılarından istifadə edib.

Bildirilir ki, münaqişənin başlanmasından bəri İran təxminən 30 ABŞ pilotsuz aparatını vurub. Müxtəlif səbəblərdən bir neçə hərbi təyyarə də itirilib. "AH-64 Apache" helikopterinin qəzaya uğraması isə bu qarşıdurma dövründə ABŞ üçün ilk belə itki kimi qiymətləndirilir.

Fidan
Milli.Az