Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO

9 İyun 2026 01:37

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib. Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.

_____
Saat 00.10

Bakının Babək prospektində yerləşən "Arzu" şadlıq sarayının qarşısında insident baş verib.

Milli.Az xəbər verir ki, restorandan çıxan şəxslər arasında hələlik məlum olmayan səbəbdən kütləvi dava düşüb. Hadisə şahidlərin gözü qarşısında cərəyan edib. İnsidentin təfərrüatları və xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama yoxdur.

Görüntülər "Düz tv" instaqram səhifəsində paylaşılıb.

Sözügedən anları təqdim edirik:

Lalə Qüdrətova
Milli.Az