İnternatda böyüyən və hazırda Kəmalə Ağayevanın rəhbərlik etdiyi sığınacaqda yaşayan Səbinənin toy mərasimi baş tutub.
Milli.Az xəbər verir ki, bu əlamətdar gündə ölkənin bir çox populyar simaları və tanınmış sənətçiləri də gəncləri tək qoymayıb. Şadlıq sarayına təşrif buyuran məşhurlar bəy və gəlini təbrik edərək, onlara xoş arzularını çatdırıblar. Sığınacaq sakini olan Səbinənin toyu həm duyğusal, həm də rəngarəng anlarla yadda qalıb.
Lalə Qüdrətova
Milli.Az