"Barselona" gələcəkdə Hansi Flikin yerinə baş məşqçi təyin etmək üçün əsas namizəd kimi Sesk Fabreqası görür.
Milli.Az xəbər verir ki, Kataloniya klubu hazırda "Komo 1907"yə rəhbərlik edən Fabreqasla 2028-ci ildə mümkün təyinatla bağlı ilkin təmas qurub.
Bir neçə ay əvvəl "Barselona" rəhbərliyi "Komo" klubu ilə də Fabreqasın gələcəyi barədə müzakirələr aparıb.
Qeyd edək ki, Hansi Flikin müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. (Offsideplus.az)
Milli.Az