“Qarabağ”dan Maksim Medvedevlə bağlı qərar

8 İyun 2026 20:39

"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərtac-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.

Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzedicilərə başçılıq edir.

Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

Milli.Az