İsraildən Paşinyanın qələbəsinə reaksiya

8 İyun 2026 19:59

Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Ermənistan Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən X hesabında yazıb.

O, bildirib ki, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku ("Ermənistan") isə 12 mandat əldə edib.

Milli.Az