Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdi təhsilini fərqlənmə ilə başa vurub.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, Eyvazlı Ahu Akif qızı 9 illik ümumi orta təhsil pilləsini böyük müvəffəqiyyətlə tamamlayıb. Nümunəvi davranışı və yüksək göstəriciləri ilə seçilən Ahu Eyvazlı orta məktəbin 9-cu sinfini fərqlənmə attestatı (Qırmızı attestat) ilə bitirib.
Təhsil aldığı müddətdə dərslərinə qarşı nümayiş etdirdiyi məsuliyyət və intizam sayəsində müəllim kollektivinin və sinif yoldaşlarının rəğbətini qazanan şagird bu uğuru ilə həm ailəsini, həm də oxuduğu liseyi qürurlandırıb.
Qeyd edək ki, Bakı İstanbul Liseyinin rəhbərliyi və müəllim heyəti də Ahu Eyvazlını bu nailiyyəti münasibətilə təbrik edib, ona növbəti təhsil pillələrində və gələcək həyatında yeni uğurlar arzulayıb.
Milli.Az