Bu şəxsləri 2 ilə qədər həbs gözləyir - Sərt qərar

8 İyun 2026 16:14

Gürcüstanın Daxili İşlər Nazirliyi müvəqqəti yaşayış icazəsi üçün ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan saxta nikahlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Milli.Az bu barədə Gürcüstan DİN mətbuat xidmətinə istinadən xəbər verir.

"Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbinin Gürcüstanda yaşayış icazəsi və/və ya ölkədə qanuni qalmaq üçün digər əsaslar əldə etmək məqsədilə bağladığı saxta nikah cinayət məsuliyyəti yaradan əməl hesab ediləcək", - deyə məlumatda deyilir.

Cəza olaraq iki ilədək müddətə azadlıqdan məhrumetmə və ya 1 ildən 2 ilədək ev dustaqlığı, əcnəbinin ölkədən deportasiyası və onun 2 ildən 10 ilədək müddətə ölkəyə girişinə qadağa qoyulması, yaxud cərimə nəzərdə tutulur./trend.az

Milli.Az