İran İsrailə qarşı əməliyyatları dayandırdı

8 İyun 2026 15:48

İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatlarını başa çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı məlumat yayıb.

"Qəddar sionist rejimin ABŞ-ın dəstəyi ilə Livanın cənubunda və Dahiya bölgəsində həyata keçirdiyi təcavüz və düşmənçilik hərəkətlərindən sonra İranın güclü Silahlı Qüvvələri bu rejimə ağrılı cavab zərbəsi vurub. Bu əsasda silahlı qüvvələrin əməliyyatlarının dayandırıldığı elan edilir. Lakin vurğulanır ki, əgər təcavüz və düşmənçilik hərəkətləri, o cümlədən Livanın cənubunda davam edərsə, əvvəlkindən xeyli sərt və daha dağıdıcı tədbirlər görüləcək", - məlumatda qeyd olunub.

Milli.Az