Tramp İran və İsraili dərhal atəşkəsə çağırdı

8 İyun 2026 14:45

Yaxın Şərqdə yenidən gərginliyin artması fonunda ABŞ Prezidenti Donald Tramp İsrail və İranı atəşkəsə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"İsrail və İran atəş açmağı dərhal dayandırmalıdırlar", -deyə o yazıb.

Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. Raketlərin hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərəsizləşdirilib.

Milli.Az