Dünyaca məşhur müğənni və aktrisa Cenifer Lopes sosial şəbəkədə paylaşdığı yeni videosu ilə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 56 yaşlı ulduz öz kosmetik brendinin tanıtımı üçün çəkdirdiyi videoda makiyajsız görüntüsünü izləyiciləri ilə bölüşüb. Cennifer Lopez səhər görüntülərini nümayiş etdirərək üzündə heç bir makiyaj olmadığını vurğulayıb.
Sənətçi paylaşımında istifadə etdiyi məhsulun gündəlik qulluq rutininin bir hissəsi olduğunu bildirərək, "Budur mənim həqiqi simam" sözlərini işlədib.
Makiyajsız görüntülərinə baxmayaraq, ulduzun gənc görünüşü, təravətli dərisi və baxımlı görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bir çox izləyici onun yaşına baxmayaraq formasını qorumasını yüksək qiymətləndirib.
Ceylo eyni zamanda fit görünüşünün sirrindən də danışıb. O, sağlam qidalanma, müntəzəm idman və nizam-intizamın vacib olduğunu vurğulayaraq, bu prinsiplərə daim əməl etdiyini bildirib.
Qeyd edək ki, sənətçinin yeni filmi "Office Romance" yaxın günlərdə izləyicilərin ixtiyarına verilib. Paylaşım isə qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub və minlərlə bəyənmə toplayıb.
Hüseyn
Milli.Az