Türkiyənin məşhur müğənnisi Seda Sayan açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışarkən tətil mövzusunda sərt mövqeyini açıqlayıb. O bildirib ki, həyat yoldaşının onsuz tətilə getməsini düzgün hesab etmir və buna razılıq vermir.
Sedanın sözlərinə görə, qarışıq qruplarla keçirilən istirahətlər münasibətlər üçün risk yarada bilər. Müğənni hesab edir ki, belə səfərlərdə müxtəlif problemlərin ortaya çıxma ehtimalı daha yüksəkdir.
Bununla yanaşı, sənətçi həyat yoldaşına güvəndiyini də vurğulayıb. O qeyd edib ki, əri yalnız kişi dostları ilə görüşdüyü zaman ona zəng edib nəzarət etmir və harada olduğunu soruşmur. Eyni yanaşmanın özünə qarşı da göstərildiyini bildirib.
Müğənni əlavə edib ki, həm qadınların, həm də kişilərin münasibətlərdə məsuliyyət hissini qorumaları vacibdir:
"Ərim mənsiz tətilə gedə bilməz, icazə vermərəm. Qızlı-oğlanlı qrupda tətildə nə işi var? Ancaq kişilərlə yığışıb yeməyə getdikdə heç zəng belə etmirəm ərimə. Onu narahat etmirəm, heç yerini də soruşmuram. Ancaq özü istəsə, zəng edər. O, öz məsuliyyətini bilməlidir. Mən də qadın dostlarımla görüşürəm, ərim də məni yığıb narahat etməz. Siz də sevgililərinizi yalnız tətilə göndərməyin. Dəlisiniz? Nə olursa, o tətillərdə baş verir. Kişini bir neçə gün tətilə göndərdinsə, o kişi artıq sənin deyil. Sən artıq ərinin yerini dar edirsən sayılır. O, bəhanə axtarır ki, sənə sağ ol desin".
Onun səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Seda Sayanın münasibətlərə dair baxışlarını dəstəkləsələr də, digərləri onun fikirlərini həddindən artıq qısqanc yanaşma kimi qiymətləndiriblər. Bu açıqlamalar qısa müddətdə sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Hüseyn
Milli.Az