Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

8 İyun 2026 11:05

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib.

O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür.

Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:

"Yaxşıyam. Ağrılarım da çox deyil. Allah qoysa, bu gün çıxacağam. Hazırda çıxış üçün yavaş-yavaş hazırlıq görürlər. Çox riskli bir əməliyyat keçirmişəm. Çox şükür ki, nəticə yaxşı oldu. İnşallah, hər şey daha gözəl olacaq. Əziyyətimi çəkən bütün həkimlərimə təşəkkürümü bildirirəm. Xüsusən də Turab Qasımova. O, Almaniyadan məhz mənim sağlamlığım üçün gəlib, həm də təmənnasız.

Narahat olan, soruşan-bilən hər kəsə sonsuz təşəkkür edirəm və sevinirəm ki, bu xalqın artistiyəm".

Xatırladaq ki, Xalq artisti iyunun 4-də əməliyyat olunub.