Filippinin cənubunda 7,8 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, güclü yeraltı təkanlar nəticəsində azı 3 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Zəlzələ zamanı Xeneral-Santos şəhərində bəzi binalar çöküb, Mindanao adasının şimal və mərkəzi hissələrində isə 37-dən çox tikiliyə ziyan dəyib. Zərər görən obyektlər arasında məktəblər, xəstəxanalar və yaşayış binaları da var.
Filippin Prezidenti Ferdinand Marcos Jr. Mindanao adasının bir neçə əyalətində tədrisin dayandırılması barədə göstəriş verib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Fidan
Milli.Az