İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri endirib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.
İranın "PressTV" telekanalı isə ölkənin paytaxtı Tehran daxil olmaqla, Təbriz və İsfahanda partlayış olduğunu açıqlayıb.
Eyni zamanda Xuzistan vilayəti valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliəllah Həyati jurnalistlərə açıqlamasında bir neçə dəqiqə əvvəl Mahşəhrdə yerləşən "Karun" neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qaldığını, nəticədə müəssisənin bir hissəsinin zədələndiyini bildirib.
Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. Raketlərin hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərəsizləşdirilib.
Milli.Az