Kobaxidze Paşinyanı təbrik etdi

8 İyun 2026 00:41

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Milli.Az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə İ.Kobaxidze "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Baş nazir Nikol Paşinyanı və onun partiyasını seçkilərdə qazandıqları uğur münasibətilə ürəkdən təbrik edirəm. Xalqlarımızın rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da gücləndirmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə o, yazıb.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası liderlik edir. "Infocom" açıq məlumatlara əsaslanan ilkin seçki nəticələrini təqdim edib.

İlkin səsvermə nəticələri hazırda aşağıdakı kimidir:

- Vətəndaş Müqaviləsi - 57.14%
- Güclü Ermənistan - 21.43%
- Ermənistan Bloku - 8.21%
- Çiçəklənən Ermənistan - 5.10%

Milli.Az