İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib

7 İyun 2026 23:50

İsrail Müdafiə Qüvvələri İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, ordunun məlumatına görə, raketlərin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə qüvvələri əməliyyata cəlb olunub.

Məsələ ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gecə Tehran yanmalıdır!", - nazir qeyd edib.

Milli.Az