Rusiya Fiqurlu Konkisürmə Federasiyası ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko 13 yaşında Azərbaycan pasportu alıb.
Milli.Az xəbər verir ki, bu barədə onun anası, prodüser Yana Rudkovskaya məlumat verib. O, bildirib ki, Aleksandrın aldığı sənəd "idman vətəndaşlığı" xarakteri daşıyır və gənc idmançının beynəlxalq yarışlarda iştirak perspektivləri ilə əlaqədardır.
Rudkovskaya vurğulayıb ki, bu qərar Yevgeni Plyuşenkonun idman fəaliyyəti ilə bağlı deyil. O, sadəcə oğlunun iki ölkəyə də aid olmasının istədiyi üçün bu addımı atdıqlarını bildirib.
Qeyd edək ki, Aleksandr Plyuşenko kiçik yaşlarından fiqurlu konkisürmə ilə məşğul olur və idman karyerasını atası Yevgeni Plyuşenkonun rəhbərliyi altında davam etdirir. (Axşam.az)
Milli.Az