Ermənistanda başa çatan parlament seçkilərində seçici fəallığı ilə bağlı rəsmi statistika açıqlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olan 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib.
Bu göstərici ilə Ermənistanda ümumi seçici fəallığı 58,97% təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olmuşdu.
Milli.Az