Ermənistanda keçirilən seçkiləri zamanı qanun pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) onlarla şikayət daxil olub, saxlanılanlar var.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxil olan şikayətlər əsasında saxlanılanların sayı artıq 14 nəfərə çatıb.
Bu barədə məlumat Ermənistan yerli mətbuatında Daxili İşlər Nazirliyinə (DİN) istinadən yayılıb.
Rəsmi məlumata görə, saat 17:00-a olan vəziyyətə əsasən, ölkə üzrə müxtəlif seçki məntəqələrində qeydə alınan pozuntularla bağlı polisə ümumilikdə 57 rəsmi siqnal daxil olub.
Bundan başqa, bir rüşvətvermə və bir silah gəzdirmə faktı da qeydə alınıb.
Xatırladaq ki, bu gün Ermənistanda yerli idarəetmə orqanları ilə yanaşı, gərgin siyasi mübarizə fonunda parlament seçkiləri də keçirilir və gün ərzində müxtəlif məntəqələrdə həbslər qeydə alınıb.
Milli.Az