Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar

7 İyun 2026 17:36

Aktrisa və aparıcı Kəmalə Piriyeva sosial şəbəkədə etdiyi paylaşımla izləyicilərinin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, o, ilk dəfə anası Gülxar xanımla birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Kəmalə Piriyeva paylaşımında anasının doğum gününü qeyd etdiyini bildirib və ona xoş arzularını çatdırıb.

Səmimi ailə fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb. Şərh yazanlar Gülxar xanımı doğum günü münasibətilə təbrik edərək, ona can sağlığı və uzun ömür arzulayıblar.

Aparıcının anası ilə ilk dəfə paylaşdığı görüntü sosial şəbəkələrdə geniş müzakirə olunub və çoxsaylı bəyənmə toplayıb.

Musa
Milli.Az