İsrailin mərkəzində TERROR: Ölənlər və yaralananlar var

7 İyun 2026 13:12

İsrailin Kohav Yair şəhərində terror aktı baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, iki ərəb terrorçusu "Toyota" markalı avtomobillə yolda insanları "Karlo" tipli avtomatla atəşə tutublar. Nəticədə beş israilli yaralanıb, 30 yaşlı bir kişi isə hadisə yerində ölüb.

Keçirilən əməliyyat nəticəsində hər iki terrorçu məhv edilib.

Milli.Az