59 yaşlı kişi faciəvi şəkildə öldü

7 İyun 2026 12:33

Sumqayıtda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az