Çinin şimalındakı Harbin şəhərində qeyri-adi təbiət hadisəsi yaşanıb.
Milli.Az xəbər verir ki, şəhəri qısa müddət ərzində güclü toz fırtınası bürüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə nəhəng toz divarının sürətlə yaşayış məntəqəsinə yaxınlaşdığı və bir neçə dəqiqə ərzində ətrafı tamamilə görünməz hala gətirdiyi əks olunub.
Məlumata görə, fırtına səbəbindən görünüş məsafəsi kəskin şəkildə azalıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yerli sakinlərə açıq havada ehtiyatlı olmaları və zərurət olmadıqca evdən çıxmamaları tövsiyə edilib. /Musavat.com
Milli.Az