Çin Tayvanın şərqindəki akvatoriyada xüsusi dəniz əməliyyatına başladığını elan edib.
Milli.Az bu barədə "Sinxua" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu tədbirlər Yaponiya və Filippin arasında qeyd olunan regionda dəniz sərhədləri ilə bağlı məsləhətləşmələrin başlamasına reaksiya olub.
"[Çinin] Nəqliyyat Nazirliyi Tayvan adasının şərqindəki sularda dəniz gəmiçiliyi qaydalarına əməl olunmasını təmin etmək üzrə xüsusi əməliyyatın keçirilməsini təşkil edib... Bu, Yaponiya və Filippinin "dəniz sərhədinin delimitasiyası üzrə danışıqların" başlanması haqqında birtərəfli bəyanatına cavab olaraq atılan zəruri addımdır", - rəsmi bəyanatda qeyd edilib.
Sənəddə bildirilib ki, iki ölkə arasındakı sözügedən danışıqlar Çinin ərazi suverenliyinin, eləcə də dəniz hüquqları və maraqlarının pozulmasıdır. /"Report"
Milli.Az