Ölümündən 24 gün sonra atası da vəfat etdi

6 İyun 2026 23:50

Mərhum türkiyəli aktyor Alp Balkanın atası Mustafa Balkan dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, oğlunun itkisinə dözə bilməyən M.Balkan övladının vəfatından 24 gün sonra vəfat edib.

Qeyd edək ki, A.Balkan "Mahallenin muhtarları" serialında canlandırdığı "Bahadır" obrazı ilə tanınıb. Aktyor "Yusuf yüzlü", "Belalı baldız", "Davetsiz misafir", "Arka sokaklar" kimi ekran işlərində çəkilib. (Axşam.az)

Milli.Az