“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”

6 İyun 2026 23:29

Azov dənizində dron hücumu nəticəsində zərər görən yük gəmilərindən birinin kapitanı Xaçmaz sakini 45 yaşlı Fuad Orucov olub.

Milli.Az xəbər verir ki, onun ailə üzvləri danışıblar.

Məlumata görə, Fuad Orucov 20 ildən çox dənizçi fəaliyyəti ilə məşğul olub.

"Son danışığımızda dedim ki, bilirsən, biraz nasazam. Həyatın işini bilmək olmaz. Birdən gələn zənginə kimi çatmadım. Atayam. Ola bilər xətrinə dəymişəm, məni bağışla, bala". - Mərhumun atası bildirib.

Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumu edilib. Hadisə nəticəsində 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub. (baku.tv)

Milli.Az