Millimiz dünya çempionatının yarımfinalında

6 İyun 2026 22:08

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinə yüksəlib.

Milli.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.

Milli.Az