İsrailin hücumları nəticəsində 3593 Livan vətəndaşı ölüb

6 İyun 2026 21:40

Son 24 saat ərzində ölkənin cənub bölgələrində İsrailin hava hücumları zamanı azı 35 livanlı ölüb, daha 120 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri ölən mülki şəxslərin ümumi sayı 3593-ə çatıb, 10990 nəfər yaralanıb", - məlumatda deyilir.

Milli.Az