Zığdakı insidentlə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB - VİDEO

6 İyun 2026 21:21

Zığ qəsəbəsi ərazisində baş vermiş hadisə iştirakçılarından 7 nəfər saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

-----------

Bakıda kütləvi dava olub. 

Sosial şəbəkələrdə kütləvi davanın görüntüləri yayılıb. 

DİN Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, iyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub. 

Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. 

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Araşdırmalar davam etdirilir.

Milli.Az