Göygöl rayonunda güclü yağışdan sonra gələn sel sulları fəsadlara səbəb olub.
Milli.Az-ın məlumatına görə, rayonun Aşıqlı kəndində bir neçə evə sel suları dolub.
Həmşinin Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Aşıqlı kəndində keçən hissəsində yağışdan sonra evin hasarı uşub. Nəticədə avtomobil yolunda hərəkətdə çətinliklər yaranıb.
Bundan başqa, avtomobil yolunun üzərində yerləşən irigövdəli ağaclar yolunun hərəkət hissəsinə aşıb.
Hazırda əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Qərb bölgəsində yağışlı hava şəraiti davam edir. (APA)
Milli.Az