Türkiyənin uzunömürlü seriallarından olan "Arka Sokaklar" 751-ci bölümü ilə növbəti mövsüm finalına çıxıb.
Milli.Az xəbər verir ki, son yayımlanan fraqment isə müzakirələrə səbəb olub. Belə ki, serialın baş qəhrəmanlarından olan Rıza Babanın "şəhid" olduğu göstərilib.
Belə ki, Rıza baba və komandası təhlükəli əməliyyat zamanı tələyə düşüb. Rıza baba, Mesut, Hüsnü, Selin və digər komanda üzvlərinin şəhid olduğu göstərilib.
"Vətən sizə minnətdardır" mesajı ilə təqdim edilən kadrlar izləyiciləri məyus edib. Eyni zamanda, aktyor Zafer Erginin layihədən ayrılması barədə də hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, "Arka Sokaklar" 20-ci mövsümünü başa vuraraq mövsüm finalına yollansa da, istehsalçı komanda tərəfindən yeni mövsümlə bağlı rəsmi qərar açıqlanmayıb. (Axşam.az)
Milli.Az