Güclü yağış yolun çökməsinə səbəb oldu

6 İyun 2026 17:51

Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.

Milli.Az Report-a istinadla xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.

Nəticədə, Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.

Hazırda bu istiqamətdə tədbirlər görülür.

Milli.Az